XƏBƏRLƏR
08:55, 19.03.2014
AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları Fransada təlim kursunda iştirak etmişlər

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun gənc alimləri - biologiya üzrə fəlsəfə doktoru Cavid Ocaqi və biologiya üzrə fəlsəfə doktoru Samirə Salayeva Fransanın Bordo şəhərində yerləşən Milli Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun Meyvələrin Biologiyası və Patologiyası şöbəsində 1 ay müddətində təlim kursu keçmişlər.

Kurs STONE proyekt və Azәrbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2-ci qrant müsabiqәsinin qalibi olmuş və “Azərbaycanın torpaq və bitki genetik müxtəlifliyinin səmərəli istifadəsi istiqamətində fundamental tədqiqatların maddi-texniki bazasının gücləndirilməsi” adlı pilot layihə çərçivəsində həyata keçirilmişdir.

Doktorantlar Gələcək Nəsil Sekvenseri vasitəsilə bitki orqanizmlərinin bütöv genomlarının nukleotid ardıcıllıqlarının oxunması nəticəsində əldə olunan “xam məlumatların” bioinformatik və biostatistik üsullarla analizini öyrənmək məqsədilə tədqiqatlar aparmışlar. 

 Gənc alimlər 14.03.2014-cü il tarixində AMEA Genetik Ehtiyatlar İnstitutunda “Genomun nukleotid ardıcıllığının Sanger və Gələcək Nəsil Sekvenseri vasitəsilə oxunma prinsipləri” “NGS (Gələcək Nəsil Sekvenseri) vasitəsilə əldə olunmuş nəticələrin analizi, SNP-lərin aşkarlanması” mövzusunda elmi seminar keçirmişlər.

 

FOTO>>> 

 

©  www.genres.az