XƏBƏRLƏR
14:01, 07.03.2014
AMEA Genetik Ehtiyatlar İnstitutunun doktorantı Almaniyada təlim kursu keçib
AMEA Genetik Ehtiyatlar İnstitutunun doktorantı, Gənc Alim və Mütəxəsislər Şurasının sədri Məhəmməd EldarovAlmaniyanın Göttingen şəhərində yerləşən Georq Avqust Göttinq Universitetinin Bitki-ekologiyası və ekosistemi şöbəsində 1 il müddətində təlim kursu keçib.

Avropa Komissiyası tərəfindən maliyyələşdirilən kurs Erasmus Mundus ALRAKİS II fəaliyyət proqramı çərçivəsində həyata keçirilib.

Alim “Azərbaycanda yayılmış Aegilops L. cinsi növlərinin ekoloji-botaniki tədqiqi və genetik müxtəlifliyi” mövzusu əsasında tədqiqatlar aparıb, iqlim dəyişilməsinin bitkilərə təsiri, biomüxtəlifliyin mühafizəsi və müasir ekofizioloji analiz metodlarını öyrənib.

M.Eldarov kursu müvəffəqiyyətlə tamamlayaraq beynəlxalq sertifikata layiq görülüb.