XƏBƏRLƏR
14:36, 15.02.2014
Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov Moldovada “Genetik Modifikasiya olunmuş (GMO) Orqanizmlər üzrə Risklərin Qiymətləndirməsi və Biotəhlükəsizlik” mövzusu üzrə tədqiqatlara dair təlim keçmişdir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov Moldovada “Genetik Modifikasiya olunmuş (GMO) Orqanizmlər üzrə Risklərin Qiymətləndirməsi və Biotəhlükəsizlik” mövzusu üzrə tədqiqatlara dair təlim keçmişdir. Təlim kursu Kişinyovda Norveçin “Gen Ekologiya Mərkəzi”, Malaziyanın “Üçüncü Dünya Şəbəkəsi” və Moldovanın Ekologiya Nazirliyi tərəfindən təşkil olunmuşdur.

Təlimdə Genetik Modifikasiya Olunmuş Bitkilər üzrə Ekspert Şurasının sədri, M.Abbasov “Azərbaycanda Genetik Modifikasiya olunmuş Bitkilər və Biotəhlükəsizlik” mövzusunda məruzə ilə çıxış etmiş, Azərbaycanda GMO sahəsində mövcud olan qanunvericilik və GMO-nun təyini üzrə AMEA Genetik Ehtiyatlar İnstitutunda görülən işlər haqqında məlumat vermişdir. Kursa Norveç, İtaliya, Avstriya, Almaniya, Türkiyə və s. ölkədən gənc alimlər qatılmışlar.

M.Abbasov kursu müvəffəqiyyətlə tamamlayaraq sertifikata layiq görülmüşdür.

 

Günel Kamallı,

AMEA Genetik Ehtiyatlar İnstitutunun

ictimaiyyətlə əlaqələrə məsul əməkdaşı

 

Telefon: (012) 449 92 21

 

© Bütün hüquqlar qorunur. AGRİ - www.genres.az