AMEA Genetik Ehtiyatlar İnstitutunun böyük elmi işçisi b.ü.f.d Səidə Şərifova və doktorant Cəmalə Mürsəlova “Erasmus Mundus 2-ci Fəaliyyət Proqramı” çərçivəsində Varşava Təbiət Elmləri Universitetinin Bitki Seleksiyası, Genetikası və Biotexnologiyası şöbəsində tədqiqat işi aparırlar. Gənc alimlərimiz 8.01.2014 və 15.01.2014 tarixlərində tədqiqat apardıqları şöbədə təşkil olunmuş seminarlar da çıxış etmişlər. Səidə Şərifova “Genetik Ehtiyatlar İnstitutu, fəaliyyət və nəaliyyətləri” mövzusundakı seminarında İnstitutda aparılan tədqiqat işləri, Beynəlxalq əlaqələr, son 5 ildə əldə olunan yüksək nəticələri diqqətə çatdırmışdır. İnstitutun doktorantı Cəmalə Mürsəlova isə öz cari tədqiqat işi, AGRİ-CİMMYT layihəsi və əldə olunmuş ilkin nəticələr haqqında ətrafli məlumat vermişdir. Seminarlar Universitetin Prof. Monika Rakoczy Trojanowska və doktorantlar tərəfindən dinlənilərək, böyük marağa və müzakirəyə səbəb olmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.genres.az saytına istinad zəruridir