AMEA Genetik Ehtiyatlar İnstitutunun böyük elmi işçisi, GMO üzrə ekspert şurasının üzvü b.e.ü.f.d. Məmmədov Ayaz Məmməd oğlu 18-20 dekabr 2013-cü il tarixdə Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən “Biotəhlükəsizlik sistemlərinin qurulması: GMO bitkilərin və məhsulların risk əlaqələri və monitorinqi” mövzusunda keçirilmiş təlim-seminarda iştirak etmişdir.
Seminarın əsas məqsədi aşağıdakı kimidir:
- Region ölkələri, həmçinin Çexiya Respublikası, Avropa Birliyi və FAO-dan olan ekspertlər arasında risk əlaqələri və GM bitkilər və kənd təsərrüfatı məhsullarının monitorinqi baxımından biotəhlükəsizliyin tətbiqi üzrə biliyin əldə edilməsi və təcrübə mübadiləsi;
- Region ölkələrdə GM bitkilərinin risk əlaqələri və monitorinqi ilə bağlı ümumi əhəmiyyətin və potensial sinergetik fəliyyətlərin problemlərinin müəyyənləşdirilməsi
- FAO ilə Çexiyanın texniki əməkdaşlığı altında əvvəlki bacarıqların artırılması fəaliyyəti ilə yaradılan biotəhlükəsizlik sisteminin həyata keçirilməsinə cəlb olunmuş yüksək vəzifəli şəxslər və alimlərin qeyri-formal şəbəkənin gücləndirilməsi.
Azərbaycanda GM bitkilərlə davranma və ona nəzarət mexanizmi ilə bağlı mövcud qanunvericilik barədə və eyni zamanda Azərbaycanın qoşulduğu bir sıra konvensiyalar barədə seminar iştirakçılarına məlumat verilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.genres.az saytına istinad zəruridir