XƏBƏRLƏR
16:40, 16.01.2014
AMEA Genetik Ehtiyatlar İnstitutunda 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdi

İlk öncə Vətənin azadlığı uğrunda qanlarından və canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Anım mərasimini giriş sözü ilə açan institutun Həmkarlar Təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Hamlet Sadıqov xalqımızın qəhrəmanlıq salnaməsində özünəməxsus yeri olan 20 Yanvar faciəsindən 24 il keşdiyini, şəhidlərin daim xalqımızın qəlbində yaşayacağını, şəhidlər xiyabanının qürur mənbəyi kimi anıldığını söylədi. Hamlet müəllim bu qanlı gündə dostunun necə faciəli şəkildə öldürüldüyü və onun parçalanmış bədəninin dəfni haqqında ürək ağrıdıcı məlumatlar verdi. İnstitutun Bitki Genetik Ehtiyatlarının Qiymətləndirilməsi şöbəsinin müdiri, biologiya elmləri doktoru, professor Ramiz Əliyev bildirdi ki, 1990-cı il yanvarın 20-də baş verən qanlı hadisələrin canlı şahidi olmuş və həmin gün Azərbaycan xalqının bir yumruq kimi birləşdiyini, müasir silahlarla silahlanmış sovet qoşunlarına qarşı əli yalın  mübarizə aparmış qəhrəman oğul və qızlarımız yetişməkdə olan gənc nəsilə örnək olduğunu bildirdi. İnstitutun Biokimya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Qədir Qasımov həmin dəhşətli gecəni bir daha yad etdi və bu qanlı faciədə əli olan cinaətkarların Azərbaycan xalqı qarşısında cavab vermələrini söylədi.  

Tədbirdə çıxış edən institutun Bioekolagiya şöbəsinin müdiri, biologiya elmləri doktoru, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizəyə qoşulmuş və qəhrəmanlıq səhifəsi kimi daxil olmuş,1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından geniş söz aşdı. Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqlqrını bildirdi. Tədbirin sonunda institutun gəncləri tərəfindən 20 yanvar faciəsinə dair hazırlanmış videoçarx nümayiş etdirildi.

 

FOTO>>>

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.genres.az saytına istinad zəruridir