XƏBƏRLƏR
21:20, 27.11.2013
AMEA Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, b.e.ü.f.d. Mehrac Abbasov Belçikanın Brussel şəhərində Avropa Komissiyası tərəfindən təşkil olunan Mari Küri proqramının milli əlaqələndiricilərinin 15-ci iclasında iştirak etmişdir.

20-21 noyabr 2013-cü il tarixində AMEA Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, b.e.ü.f.d. Mehrac Abbasov Belçikanın Brussel şəhərində Avropa Komissiyası tərəfindən təşkil olunan Mari Küri proqramının milli əlaqələndiricilərinin 15-ci iclasında iştirak etmişdir. İclasda FP7 layihəsi üzrə görülən işlər haqqında geniş hesabat verilmiş və bu ilin dekabr ayında yeni HORİZON-2020 layihəsinin başlayacağı vurğulanmışdır. HORİZON-2020 proqramında tədqiqatçılar üçün daha çox imkanların yaradılması nəzərdə tutulmuş və FP7-yə nisbətən daha çox maliyyə vəsaiti ayrılmışdır. Tədbirdə HORİZON 2020 proqramı çərçivəsində Mari Skladovska - Küri adına beynəlxalq əməkdaşlıq proqramının da elan olunacağı bildiririlmişdir. 2014-cü ildə HORİZON-2020,  Mari Skladovska-Küri, COFUND, RISE və s. layihələr üzrə Azərbaycanda məlumat gününün keçirilməsi müzakirə edilmişdir. Tədbir zamanı Bolqarıstan, Malta, Belarus, Ukrayna və Türkiyə təmsilçiləri ilə beynəlxalq layihələrdə birgə əməkdaşlıq müzakirə edilmişdir.