XƏBƏRLƏR
21:47, 03.11.2013
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı b.ü.f.d.Eldar Mustafayev “Dünya Ərzaq Mükafatının” (World Food Prize) tədqimat mərasimində iştirak etmişdir.

Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı b.ü.f.d.Eldar Mustafayev ABŞ-ın Des Moines şəhərində keçirilən “Dünya Ərzaq Mükafatının” (World Food Prize) tədqimat mərasimində iştirak etmişdir. Prezident və nazirlərinin iştirakı ilə üç gün davam edən tədbirdə kənd təsərrüfatının mövcud vəziyyəti geniş şəkildə müzakirə olunaraq problemlərin həlli istiqamətində müxtəlif fikirlər irəli sürülmüş və kənd təsərrüfatında mövcud problemlərin həllində biotexnoloji üsullardan istifadənin olduqca vacib amillərdən biri olması qəbul edilmişdir. Tədbirdə həmçinin Norman Borlaug programımın müxtəlif ölkələrdən olan qaliblərinin görüşü də təşkil olunmuşdur. Burada Norman Borlaug programının kənd təsərrüfatı sahəsində mövcud olan problemin həlli istiqamətində önəmli rol oynadığından qeyd olunmuş və ayrı-ayrı ölkələr üzrə proqram çərçivəsində aparılan tədqiqat işlərindən məlumatlar verilməklə, gələcəkdə müxtəlif istiqamətlər üzrə mümkün əməkdaşlığın qurulması da müzakirə olunmuşdur.

 

FOTO>>>

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.genres.az saytına istinad zəruridir