17:24, 20.09.2013
AMEA Genetik Ehtiyatlar İnstitutunun doktorantları III respublika innovativ ideya yarmarkasında iştirak etmişlər
AMEA Genetik Ehtiyatlar İnstitutunun doktorantları C.M.Mürsəlova, X.M.Əzizxanlı və E.S.Hacıyev 16-20 sentyabr 2013-cü il tarixlərində “Hilton-Baku” və “Olimpik” oteldə (Novxanı) Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin, Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənclərin İntellektual İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən gənc alimlərin III respublika innovativ ideya yarmarkasında iştirak etmişlər. Doktorantlar tədqiqat işləri haqqında ətraflı məlumat vermiş və müzakirələrdə fəal iştirak etmişlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.genres.az saytına istinad zəruridir