15:25, 26.10.2026
ELAN
Pakistanlı alimlərin iştirakı ilə elmi seminarlar keçiriləcək.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda Pakistan İslam Respublikasının Pəncab Universitetinin Molekulyar Biologiya üzrə Mükəmməllik Mərkəzinin nümayəndələrinin iştirakı ilə bitki biotexnologiyası, genom redaktəsi və iqlim dəyişikliklərinə davamlı pambıq sortlarının yaradılması mövzularında elmi seminarlar keçiriləcək.
Seminarların proqramı:
29 oktyabr 2026-cı il
Saat 11:00
1. Prof. Dr. Abdul Qayyum Rao
Genetik modifikasiya və genom redaktəsi texnologiyaları vasitəsilə kənd təsərrüfatı bitkilərinin əlamətlərinin yaxşılaşdırılması
2. Dr. Allah Baxş
Dünyada genomu redaktə edilmiş bitkilərin normativ-hüquqi tənzimlənməsi
30 oktyabr 2026-cı il
Saat 11:00
Ms. Sahar Sadaqat
İqlim dəyişikliklərinə davamlı pambıq sortlarının yaradılması
Seminarlar Genetik Ehtiyatlar İnstitutun birinci mərtəbəsində böyük akt zalında təşkil olunacaq.