XƏBƏRLƏR
12:55, 19.09.2013
Genetik Ehtiyatlar institutunun əməkdaşı Eldar Mustafayev ABŞ Kənd Təsərrüfatı Departamentinin (USDA) təsis etdiyi Norman Borlaug Beynəlxalq Təqaüd Proqramının qalibi olmuşdur.

Genetik Ehtiyatlar institutunun əməkdaşı Eldar Mustafayev ABŞ Kənd Təsərrüfatı Departamentinin (USDA) təsis etdiyi Norman Borlaug Beynəlxalq Təqaüd Proqramının  qalibi olmuşdur. Eldar Mustafayev Wasington Dövlət Universitetinin (http://ird.wsu.edu/new-borlaug-fellow-from-azerbaijan-arrives/) Bitki xəstəlikləri departamentinin rəhbəri Dünya şöhrətli alim Professor Hanu R. Pappunun rəhbərliyi altında 3 ay müddətində dənli taxıl bitkilərində yayılmış virus xəstəliklərinin fundamental tədqiqi ilə məşğul olacaqdır. Belə ki, proqram çərçivəsində əməkdaşımız beynəlxalq ekspedisiya yolu ilə dünyanın bir çox ölkələrindən o cümlədən Azərbaycandan toplamış olduğu bitkilərdə virus xəstəliklərinin yayılmasını və virusların bitkilərdə hərəkətini araşdıracaqdır. Eyni zamanda Azərbaycan mənşəli sortların virus mənşəli xəstəliklərə davamlılığı tədqiq ediləcəkdir ki, burada da davamlılığın idarə olunduğu genlərin müəyyənləşdirilməsi əsas tədqiqat obyektlərindən olacaqdır. Tədqiqatın əsas məqsədi virus xəstəliklərinin beynəlxalq miqyasda kənd təsərrüfatı sahəsində önəmli məhsul itkiləri törətdiyini nəzərə alaraq, respublikamızda qeyd olunan problemlərin geniş vüsət almamasına və minumuma endirilməsinə yönəlmişdir.     

 

 

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.genres.az saytına istinad zəruridir