XƏBƏRLƏR
11:03, 14.09.2013
AMEA Genetik Ehtiyatlar İnstitutunun doktorantı Qərbi Avstraliyada keçirilən “Quraqlığa adaptasiya” adlı kurs və “İnterdrought-IV” Beynəlxalq konfransında iştirak etmişdir.

2013-cü il 27-31avqust tarixlərində AMEA Genetik Ehtiyatlar İnstitutunun doktorantı Mürsəlova Cəmalə Məhəmməd qızı Kənd təsərrüfat Nazirliyi, Qərbi Avstraliya və Murdoch Universitetləri tərəfindən Qərbi Avstraliyanın Perth şəhərində təşkil olunmuş “Quraqlığa Adaptasiya” adlı təlim kursunda iştirak etmişdir. Kursda 12 ölkədən 19 tədqiqatçı iştirak edərək, William Erskine, Vincent Vadez, Neil Turner, Ben Biddulp, Mehmet Cakir kimi dünyanın tanınmış alimlərinin mühazirələri dinlənilmiş, Aralıq dənizi iqlim tipi, terminal quraqlıq və quraqlığın hakim olduğu ərazilərdə fenotipik qiymətləndirmə, eyni zamanda molekulyar yanaşmalar haqqında ətraflı məlumat verilmişdir. Kurs müddətində Cunderdin və Merridin kimi bölgələrdə aparılan tədqiqat işləri, növbəli əkin və fermer təsərrüfatlarının iş sistemi ilə yaxından tanış olunmuş, bəzi fizioloji cihazların iş prinsipinin öyrənilməsi məqsədilə praktiki məşğələ də keçirilmişdir. Doktorantımız C.M.Mürsəlova kursu tamamladıqdan sonra, təşkilatçılar tərəfindən imzalanmış beynəlxalq sertifikata layiq görülmüşdür.

Təlim kursundan dərhal sonra 2-6 avqust 2013-cü il tarixlərində C.M.Mürsəlova Perth şəhərində keçirilən “İnterdrought-IV” Beynləxalq Konfrasında iştirak etmişdir. Konfrans 4 ildən bir təşkil olunur və doktorantımız Qafqaz ölkələri arasında yeganə təmsilçi olmuşdur. Mühüm əhəmiyyətə malik olan bu konfransın başlıca məqsədi quraqlıq şəraitində bitkilərin dayanıqlılığının və məhsuldarlığının artırılması üçün müvafiq məsələr və strategiyaların genetiklər, seleksiyaçılar, fizioloqlar, aqronomlar, torpaqşünaslar və s. tərəfindən müzakirəsinə və təcrübələrin bölüşülməsinə xidmət etmək olmuşdur. Konfransda quraqlığa davamlılıq istiqamətində çalışan dünyaca məhşur alimlərlə yanaşı, 56 ölkədən 300 tədqiqatçı da iştirak etmişdir ki, bunların içərisində də gənc və eyni zamanda inkişaf etməkdə olan ölkələrin tədqiqatçılarana üstünlük verilmişdir. Sonda konfransın nöbəti dəfə 4il sonra Heydərabad şəhərində keçirilməsinə qərar verilmişdir.

 C.M.Mürsəlovanın Qərbi Avstraliyada keçirilən təlim-seminar və konfransda iştirakını maliyyələşdirən BMT-nin Ərzaq və Kənd Təssərrüfatı Təşkilatı (FAO, Roma), Crowford fondu (Avstraliya) və Gənclər Fonduna (Azərbaycan) təşəkkür edirik.

 

FOTO>>>

 

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.genres.az saytına istinad zəruridir