13:08, 05.09.2013
İnstitutun iki doktorantı Tacikistanda təlim-seminarda iştirak etmişlər
26-31 avqust 2013-cü il tarixində AMEA Genetik Ehtiyatlar İnstitutunun Bioekologiya laboratoriyasının əməkdaşları Güvəndiyev Vahid və Əzizxanlı Xarıbül BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən Tacikistanda “Bitki genetik ehtiyatlarının toplanılması, sənədləşdirilməsi və saxlanılması” mövzusunda təşkil olunmuş təlim-seminarda iştirak etmiş və sertifikat almışlar. Təlmin zamanı nəzəri-praktiki məşğələlər həyata keçirilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.genres.az saytına istinad zəruridir