XƏBƏRLƏR
15:41, 29.08.2013
ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin biotexnologiya üzrə eksperti Genetik Ehtiyatlar İnstitutunda olmuşdur

27 avqust 2013-cü il tarixdə Amerika Birləşmiş Ştatlarının Kənd Təsərrüfatı Departamentinin Biotexnologiya üzrə beynəlxalq eksperti xanım Linda Eliks AMEA Genetik Ehtiyatlar İnstitutunda olmuşdur. Dr.Eliks institutun direktoru Z.İ.Əkpərovla və bir qrup gənc alimlərlə görüş keçirmişdir. Ekpertin səfərinin əsas məqsədi gələcəkdə müasir biotexnologiya sahəsində ABŞ Kənd Təsərrüfatı Departamenti ilə əlaqələrin qurulmasından ibarət olmuşdur. Görüş zamanı institutun direktoru Z.Əkpərov institutun yaranma tarixi və fəaliyyət istiqamətləri haqqında məlumat vermiş, həmçinin İnstitutun ABŞ-ın bir sıra universitetləri və elmi-tədqiqat institutları ilə sıx əlaqələrinin olduğunu diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, son illərdə  İnstitutun 2 gənc alimi ABŞ-ın Kənd Təsərrüfatı Departamenti tərəfindən elan edilən beynəlxalq proqramların qalibi olmuş və onlar 3-6 ay ərzində ABŞ-ın müxtəlif universitetlərində tədqiqat işi aparmışlar. Bu il isə bir nəfər gənc tədqiqatçı Norman Borlauq proqramının qalibi olmuş və onun Vaşinqton Dövlət Universitetində 3 ay tədqiqat işi aparması razılaşdırılmışdır.

 Müzakirədən sonra ekpert institutda yaradılmış müasir biotexnologiya laboratoriyası ilə tanış olmuşdur.

 

FOTO>>>

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.genres.az saytına istinad zəruridir