XƏBƏRLƏR
13:12, 29.08.2013
AMEA Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini ABŞ-da “Kənd Təsərrüfatı Biotexnologiyası və Biotəhlükəsizlik” adlı kursda iştirak etmişdir

12-23 avqust 2013-cü il tarixlərində AMEA Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, Genetik Modifikasiya olunmuş Bitkilər üzrə Ekspert Şurasının sədri, b.ü.f.d. Mehrac Əli oğlu Abbasov Belçikanın Gent Universiteti və ABŞ-ın Missuri Universiteti tərəfindən ABŞ-da təşkil olunan “Kənd Təsərrüfatı Biotexnologiyası və Biotəhlükəsizlik” adlı kursda iştirak etmişdir. Kursda müasir biotexnologiya və biotəhlükəsizlik üzrə dünyanın tanınmış alimlərinin mühazirələri dinlənilmiş və gen transferi, genetik modifikasiya olunmuş orqanizmlərin təyini, risklərin qiymətləndirilməsi üzrə praktik məşğələlər də keçirilmişdir. Tədbirdə 11 ölkədən 25 tədqiqatçı iştirak etmiş, gələcəkdə kənd təsərrüfatı biotexnologiyası üzrə birgə tədqiqatların aparılması və inkişaf etmiş ölkələrdə biotəhlükəsizlik üzrə mövcud olan sistemlərin digər ölkələrə də ötürülməsi istiqamətində müzakirələr aparılmışdır. Kurs iştirakçıları ABŞ-ın Missuri Universitetinin və bir çox fermer təsərrüfatlarının təcrübə və tədqiqat sahələrində aparılan tədqiqat işləri ilə də yaxından tanış olmuşlar. M.Ə.Abbasov kursu müvəffəqiyyətlə tamamlayaraq, təşkilatçı universitetlərin rəsmiləri tərəfindən imzalanmış beynəlxalq sertifikata layiq görülmüşdür.  

 

FOTO>>>

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.genres.az saytına istinad zəruridir