XƏBƏRLƏR
21:17, 26.07.2013
AMEA Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini Macarıstanın Budapeşt şəhərində təşkil olunan təlimdə iştirak etmişdir.

24-25 iyul 2013-cü il tarixlərində AMEA Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, Genetik Modifikasiya olunmuş Bitkilər üzrə Ekspert Şurasının sədri, b.ü.f.d. Mehrac Əli oğlu Abbasov BMT-nin  Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən Macarıstanın Budapeşt şəhərində təşkil olunan “Kənd Təsərrüfatı Biotexnologiyası və Biotəhlükəsizlik əlaqələrinə baxış” adlı təlim seminarında iştirak etmişdir. Seminarda Avropa və Mərkəzi Asiyanın 17 ölkəsindən 30-a yaxın tədqiqatçı, fermer və tələbələr iştirak etmişdir. Tədbirdə kənd təsərrüfatı biotexnologiyasının imkanları haqqında geniş məlumat verilmiş və genetik modifikasiya olunmuş bitkilər üzrə Avropa ölkələrində biotəhlükəsizliyin təmin olunması üzrə olan konsepsiyalar müzakirə edilmişdir. Seminarda alimlərin fermerlər və məmurlarla kommunikasiya əlaqələri üzrə də geniş müzakirələr aparılmışdır.

 

FOTO >>>

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.genres.az saytına istinad zəruridir