Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun kiçik elmi işçisi Nəbiyeva Aytac 27 yanvar 2026-cı il tarixində Böyük Britaniyanın Birmingem Universitetində fəlsəfə doktoru (PhD) dissertasiyasını onlayn formatda uğurla müdafiə edib. Beynəlxalq akademik tələblərə uyğun şəkildə keçirilən dissertasiya müdafiəsi komissiya tərəfindən müsbət qiymətləndirilib.
Qeyd edək ki, Aytac Nəbiyevanın əldə etdiyi bu nailiyyət Azərbaycan gənclərinin beynəlxalq elmi mühitdə uğurla təmsil olunmasının və Dövlət Proqramının qarşıya qoyduğu hədəflərin reallaşmasının bariz nümunəsidir.
Gənc alimimizi bu mühüm nailiyyət münasibətilə təbrik edir, ona gələcək elmi fəaliyyətində yeni uğurlar arzulayırıq.