Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında” Sərəncamın icrası ilə əlaqədar AMEA-da Müsabiqə Komissiyası yaradılmış və müsabiqə əsasında AMEA-nın elmi müəssisə və təşkilatlarından 14 nəfər gənc alim seçilərək Avropanın nüfuzlu elmi mərkəzlərinə doktoranturaya göndərilmişdir.
AMEA Rəyasət Heyətinin 3 iyul 2013-cü il tarixli qərarı ilə yeni təhsil ili üçün Avropanın elmi mərkəzlərinə elmlər doktoru proqramı üzrə doktoranturaya göndəriləcək gənc alimlərin müəyyənləşdirilməsi məqsədilə növbəti müsabiqə elan edilir.
Qeyd edək ki, sənəd qəbulu 1 sentyabr 2013-cü il tarixinədək davam edəcək.
Ünvan: Bakı ş., İstiqlaliyyət küç., 10