XƏBƏRLƏR
14:53, 15.12.2025
AR ETN Genetik Ehtiyatlar İnstitutu və Özbəkistanın Elmi-İstehsal Mərkəzi arasında elmi əməkdaşlıq genişlənir
AR Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutu ilə Özbəkistan Respublikasının Dərman bitkilərinin yetişdirilməsi və emalı üzrə Elmi-İstehsal Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandumun əsas məqsədi dərman bitkilərinin yetişdirilməsi, emalı və elmi tədqiqi sahəsində əməkdaşlığın genişləndirilməsi, genetik resursların qorunması və səmərəli istifadəsi, eləcə də elmi-innovativ fəaliyyətin gücləndirilməsidir.
Sənədə uyğun olaraq tərəflər birgə elmi tədqiqatların aparılması, innovativ layihələrin icrası, müasir texnologiyaların tətbiqi, mütəxəssis hazırlığı, təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi istiqamətində əməkdaşlıq ediləcəkdir.