
16:33, 21.10.2025
Genetik Ehtiyatlar İnstitutunda Həmkarlar İttifaqı Komitəsinin ümumi yığıncağı keçirilib
AR ETN Genetik Ehtiyatlar İnstitutunda 21 oktyabr 2025-ci il tarixində Həmkarlar İttifaqı Komitəsinin ümumi yığıncağı keçirilib.
Yığıncaqda 2024–2025-ci illərə dair ETN-nin Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqının Genetik Ehtiyatlar İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin(HİK) fəaliyyəti barədə hesabat təqdim olunub.
Tədbir zamanı HİK sədri cari dövr ərzində görülən işlər, əməkdaşların sosial rifahının yaxşılaşdırılması, istirahət və sağlamlıq tədbirlərinin təşkili, həmçinin əmək münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən fəaliyyətlər barədə məlumat verib.
Daha sonra Nəzarət-Təftiş Komissiyasının hesabatı dinlənilib. Hesabatlar müzakirə edildikdən sonra institutun Həmkarlar İttifaqı Komitəsinin yeni tərkibi və Nəzarət-Təftiş Komissiyasının üzvləri seçilib.
Yığıncaq iştirakçıları yeni seçilmiş komitə üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda ETN-nin Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov, Genetik Ehtiyatlar İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin sədri, biologiya elmləri doktoru, dosent Hamlet Sadıqovu institutun ictimai fəaliyyətindəki səmərəli xidmətlərinə görə Fəxri Fərmanla təltif edib.