Redaktor: M.R. QURBANOV AMF,A-nın müxbir üzvü, b.e.d., professor
Rəyçləar: b.e.d.,professor R.T. Quliyev b.e.d., professor M.Ş. Babayev
Naib Əminov, Aybəniz Əliyeva «Aegilops L. Və Triticum L. cinsləri arasında qarşılıqlı genetik münasibətlər». Azərbaycan dilində. Bakı: «Elrn», 2012, 480 səh.
ISBN 978-9952-453-90-9
Bəşəriyyətin ən ümdə qidasını təşkil edən çörək taxıllar fəsiləsinin (Poaceae Barnh.) buğdayotu (Aegilops L.) va buğda (Triticum L.) cinslərinin qarşılıqlı genetik münasibətlərinin bəhrəsidir. Kitabda hər iki cinsin filogenetik qohumluğundan, onların nümayəndələri arasındakı spontan hibridləşmələrin və qarşılıqlı genetik münasibətlərin mahiyyətindən, təbii və süni hibridlərdə baş verən genetik proseslərin poliploid, o cümlədən bərk və yumşaq buğdaların təşəkkülü ilə nəticələnən inkişafından bəhs edilir. Kitabda, həmçinin, hər iki cinsin qarşılıqlı nüvə-sitoplazma münasibətlarini sübüt edən XIX-XX əsrlərə aid tədqiqat işləri göstərilməkla yanaşı, həm də ən son illərin eksperimental nəticələri və müasir molekulyar metodların tətbiqi ilə əlda olunan elmi-nəzəri və elmi-təcrübi nailiyyətlər öz əksini tapmış, egilops-buğda hibrid və amfidiploidlərinin seleksion əhəmiyyəti, növ- və formaəmələgəlmə proseslərinə təsiri qeyd olunmuşdur.
İstər Aegilops, istərsə də Triticum cinsinə daxil olan ayrı-ayrı növlərin təsvirinə keçməzdən öncə, hər bir cinsin təsnifat sistemləri haqda məlumat verilmiş, yalnız bundan sonra bu cinslarə aid növlərin tarixi və mənşəyindən, səciyyəvi və diaqnostik xüsusiyyətlərindən, müsbət və mənfi əlamətlərindən, coğrafi yayılması və həyat tərzindən söhbət açılmışdır.
Ümidvarıq ki, kitab həm gələcək bioloqlar, həm də bu sahədə çalışan hazırkı mütəxəssis va tədqiatçılar üçün faydalı olacaqdır.
1901000000
655(07)-2012