XƏBƏRLƏR
16:44, 17.09.2025
Genetik Ehtiyatlar İnstitutunda dissertasiya işinin müdafiəsi keçirilmişdir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Meyvə bitkiləri şöbəsinin müdiri Musayev Mirzə Kamal oğlunun biologiya elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi dissertasiya işinin ED 1.37 Dissertasiya Şurasının iclasında müdafiəsi keçirilmişdir.
O, “Genetika” ixtisası üzrə “Azərbaycanda üzüm (Vitis L.) və çaytikanı (Hippophae L.) cinslərinin genetik müxtəlifliyinin qiymətləndirilməsi və seleksiyada istifadəsi” mövzusunda dissertasiya işini iştirakçıların nəzərinə çatdırmışdır.
Rəsmi opponentlərin rəyləri dinlənildikdən sonra, tədbir iştirakçılarının sualları iddiaçı tərəfindən cavablandırılmışdır.
Gizli səsvermənin nəticələrinə əsasən, Mirzə Musayevə biologiya üzrə elmlər doktoru elmi dərəcəsi verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilmişdir.