XƏBƏRLƏR
12:06, 23.07.2013
A.Əlizadə: “AMEA-dan alimlərlə yanaşı tələbələrin də səsi ucalmalıdır”

Bu fikri AMEA prezidenti, akademik Akif Əlizadə jurnalistlərə açıqlamasında ifadə edib.

AMEA rəhbəri qeyd edib ki, müasir dövrdə elmlə təhsilin inteqrasiyası, bu istiqamətdə dünya təcrübəsinin öyrənilməsi zəruridir: “İntellektual əməyə əsaslanan cəmiyyətə keçid elm və təhsil sahəsində bütün ənənəvi modellərin transformasiyasını gündəmə gətirir. Bu məsələ alim və mütəxəssislərimizin diqqət mərkəzindədir. İKT üzrə kadr hazırlığı səviyyəsinin artırılmasına, təhsil müəssisələrində İKT-nin tətbiqinin genişləndirilməsinə AMEA-nın müvafiq elmi qurumları tərəfindən dəstək verilir. Akademiyada yeni yaranmış “Təhsil və kadrlar” şöbəsinin əsas funksiyası da yüksək səviyyəli kadr hazırlığını təmin etməkdən ibarətdir. Biz hesab edirik ki, AMEA-dan alimlərlə yanaşı tələbələrin də səsi ucalmalıdır”.

Elmlə təhsilin inteqrasiyası istiqamətində müxtəlif layihələrin həyata keçirələcəyini vurğulayan A.Əlizadə ilkin olaraq ali təhsil müəssisələrinin akademiyanın institutları nəzdində baza kafedralarının və AMEA-da magistratura təhsil pilləsinin yaradılacağını nəzərə çatdırıb.

 

Mənbə: http://www.science.az/az/index.php?id=5810