XƏBƏRLƏR
17:14, 19.07.2013
01 – 14 iyun 2013-cü il tarixlərdə AMEA Genetik Ehtiyatlar İnstitutu və Rusiya Kənd Təsərrüfatı Akademiyası N.İ.Vavilov adına Ümumrusiya Elmi - Tədqiqat Bitkiçilik İnstitutu ilə birlikdə Azərbaycanın müxtəlif bölgələrində beynəlxalq ekspedisiya keçirilmişdir.

Ekspedisiya Abşeron iqtisadi rayonunun (Abşeron rayonunun ərazisi və Sumqayıt şəhərinin ətrafı), Gəncə - Qazax iqtisadi rayonunun (Gəncə şəhərinin ətrafı, Şəmkir, Goranboy rayonlarının ərazisi), Şəki – Zaqatala iqtisadi rayonunun (Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki), Lənkəran iqtisadi rayonunun (Cəlilabad, Masallı, Lənkəran), Aran iqtisadi rayonunun (Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Nefçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab rayonlarının, Yevlax şəhərinin ətrafı),Yuxarı Qarabağ iqtisadi rayonunun (Ağdam, Tərtər, Fizuli rayonlarının işğal altında olmayan əraziləri), Dağlıq Şirvan iqtisadi rayonunun (Ağsu, İsmayıllı, Qobustan, Şamaxı rayonları) ərazilərini əhatə etmişdur.

Buglossoides arvensis  (sərçə yemi) bitkisinin 16 populyasiyasının toxumları toplanmış, 24 müxtəlif yabanı növün populyasiyalarının herbarisi hazırlanmışdır.

AMEA Genetik Ehtiyatlar İnstitutunun Tərəvəz və Bostan bitkiləri laboratoriyasının müdiri b. e. n., dosent  S.R.Həsənov, solda Ümumrusiya Elmi-Tədqiqat Bitkiçilik İnstitutunun Aqrobotanika şöbəsinin herbari fondunun kuratoru b. e. n. Baqmet Larisa Vladimirovna və həmin şöbənin elmi işçisi b. e. n. Qalina Talovina Vladimirovna Buqlosoides arvensis (sərçə yemi) bitkisini toplayarkən.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.genres.az saytına istinad zəruridir