XƏBƏRLƏR
10:51, 16.12.2024
AR Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən beynəlxalq seminarda iştirak etmişlər.
AR Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Milli Mərkəzi Genbankının baş elmi işçisi, AMEA-nın müxbir üzvü İlham Şahmuradov, aparıcı elmi işçisi İlhamə Mirzəliyeva və Rüşeym plazması laboratoriyasının müdiri, dosent Sevinc Məmmədova 24-30 noyabr 2024-cü il tarixində Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən “BOLD WP1 – Bacarıq və ehtiyatların inkişafı, nailiyyətləri düşünmək və mükəmməl genbank üçün yol açmaq” adlı seminarda iştirak etmişlər.
14 ölkədən 38 nəfər iştirakçının və 20 nəfər koordinatorun iştirak etdiyi seminarda İlham Şahmuradov “Uğurlar, Crop Trust tərəfindən dəstək və Problemlər” üzrə hesabat təqdim etmişdir. Seminarın ikinci günü Kənd Təsərrüfatında Bioduzluluq üzrə Beynəlxalq Mərkəzə (İCBA) səfər təşkil edildi. Səfər zamanı Mərkəzin fəaliyyəti ilə bağlı çıxışlar dinlənildi, sahə kolleksiyalarına baxış keçirildi.
Seminarda həmçinin BOLD (Biodiversity for opportunities, Livelihoods and Development) layihəsi çərçivəsində 2024-cü ildə görülən işlər haqqında qısa çıxışlarla yanaşı hesabatlar və layihənin növbəti illərdəki fəaliyyəti haqqında müzakirələr dinlənildi. Sonda GEİ-nin nümayəndə heyyəti ilə birgə 2024-2027-ci illərin perspektivləri müzakirə edilərək tədbir iştirakçılarına təqdim edildi.