09-13 iyul 2013-cü il tarixlərdə İnstitutun Ekobotanika və sistematika şöbəsinin əməkdaşlkarı (b.e.d. A.Əsgərov - rəhbər, V.Güvəndiyev, K.Əsədova, X.Əzizxanlı - üzvlər) Azərbaycanın Şəki, Gəncə, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir rayonlarına qısa müddətli ekspedisiyalar təşkil etmişlər. Ekspedisiya zamanı Azərbaycan florasının mədəni bitkilərinin yabanı əcdadları, eləcə də endem, nadir və nəsli kəsilməkdə olan, həmçinin faydalı bitki növləri üzrə monitorinqlər aparılmış, təbiətdə onların populyasiyalarının vəziyyəti, yayılması və digər ekobotaniki xüsusiyyətləri haqqında qiymətli məlumatlar əldə edilmiş, zəngin herbari və hermplazma materialları toplanılmışdır. İlkin araşdırmalar nəticəsində bir sıra növlərin yeni yayılma sahələri aşkar edilmiş, nadir növlərin mühafizəsi üçün yerli ekologiya və bələdiyyə orqanlarına təkliflər verilmişdir.
Ekspedisiya zamanı edilən maraqlı marşrutlardan Şəki rayonu ərazisində Şəki Xan yaylağı və Qoşqar dağının ətəklərində yerləşən Xoşbulaq yaylağı əraqziləri qeyd olunmalıdır (1,2). Şöbənin doktorantlarından V.Güvəndiyev qarayonca (3), K.Əsədova lərgə (4), X.Əzizxanlı xaşa (5) həmçinin gəvən (13) cinsləri növlərinin sistematikası və ekobotaniki xüsusiyyətləri haqqında maraqlı məlumatlar əldə etmişlər. Ekspedisiyada qiymətli yem bitkiləri olan üçyarpaq yonca (6,7), Amoria (8), Chrysaspis (9) və andız (10), qaraqınıq, boyçiçəyi, sürvə və başqa dərman bitkiləri həmçinin cır meyvə və giləmeyvələr (12) toplanılmışdır (11).
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.genres.az saytına istinad zəruridir