XƏBƏRLƏR
14:41, 08.10.2024
Genetik Ehtiyatlar İnstitutunun daha bir gənc əməkdaşı dissertasiya işini müdafiə etmişdir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun İnsan genetikası laboratoriyasının müdiri Bayram İlham oğlu Bayramovun təqdim etdiyi dissertasiya işinin Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən BFD 4.27 Birdəfəlik Dissertasiya Şurasının iclasında müdafiəsi keçirilmişdir.
İddiaçı tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq məqsədilə "Yoğun bağırsağın bədxassəli şişlərində xərçəng hüceyrələrinin genetik və epigenetik tədqiqi" mövzusu üzrə dissertasiya işinin qısa məzmununu təqdim etmişdir. Seminar üzvlərinin rəyləri dinlənildikdən sonra, tədbir iştirakçılarının sualları iddiaçı tərəfindən cavablandırılmışdır.
Gizli səsvermənin nəticələrinə əsasən, Bayram Bayramova tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilmişdir.