XƏBƏRLƏR
12:10, 07.10.2024
Genetik Ehtiyatlar İnstitutunun daha bir gənc doktorantı fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Kollegiyasının 24.09.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun İnsan genetikası laboratoriyasının elmi işçisi Kərimova Nigar İldırım qızına 2409.01– “Genetika” ixtisası ilə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
Kərimova Nigar “Azərbaycanda xroniki mieloid leykozlu xəstələrin genetik variasiyalarınınn molekulyar identifikasiyasi” mövzusunda dissertasiya işini uğurla müdafiə etmişdir.