XƏBƏRLƏR
17:50, 17.07.2013
AMEA prezidentinin mətbuat konfransı keçiriləcək

İyulun 18-də saat 11:00-da AMEA Rəyasət Heyətinin kiçik zalında AMEA prezidenti, akademik Akif Əlizadənin mətbuat konfransı keçiriləcək.

Tədbirdə AMEA-da aparılan islahatlar, o cümlədən struktur dəyişiklikləri və nəzərdə tutulan işlər barədə geniş məlumat veriləcək.

Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 10.

Mənbə: www.science.gov.az