14:39, 12.07.2013
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı FAO-nun tədbirində iştirak etmişdir
İnstitutun Kənd təsərrüfatı heyvanlarının genetik ehtyatıarı laboratoriyasının əməkdaşı b.ü.f.d. Məmmədov Ayaz Məmməd oğlu 11-12 iyul tarixlərində Avropa Otelində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) mütəxəssislərinin iştirak etdiyi "Heyvandarlıq sektorunun inkişafı üzrə Milli Strategiya" sənədinin müzakirəsi ilə əlaqədar keçirilmiş növbəti seminarda iştirak etmişdir. Seminarda strategiya sənədinin 7 istiqamət üzrə fəaliyyəti və həmin fəaliyyətlərin investisiya icmalları dəvət olunmuş mütəxəssislər tərəfindən geniş müzakirə olunmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.genres.az saytına istinad zəruridir.