XƏBƏRLƏR
16:22, 04.03.2024
Genetik Ehtiyatlar Institutunun elmlər doktoru üzrə doktorantının dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

AR ETN Genetik Ehtiyatlar İnstitutunun (GEİ) doktorantı, iddiaçı b.ü.f.d. Lalə Saməddin qızı Hüseynovanın 2409.01– Genetika ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycan əhalisində bəzi irsi xəstəliklərin (fenilketonuriya, qalaktozemiya, mukovissidoz, leysinoz, ağdəniz qızdırması) genetik heterogenliyi və biokimyəvi polimorfizmi" mövzusunda dissertasiya işinin GEİ-nin şöbələrinin genişləndirilmiş elmi seminarında ilkin müzakirəsi 2024-cü il 04 mart tarixində keçirilib. İddiaçı Lalə Hüseynovanın dissertasiya işinin müzakirəsi AAK-ın tələblərinə, prosedur qaydalarına uyğun aparılıb. Dissertasiya işinin müzakirəsi, alim və mütəxəssislərin çoxsaylı suallarının iddiaçı tərəfindən əhatəli cavablandırılması şəraitində başa çatıb. Dissertasiya işinin nəticələrinin praktik, həm də çox böyük elmi nəzəri əhəmiyyəti bildirilib, irad və təkliflərin nəzərə alınaraq növbəti müzakirəyə təqdim edilməsi haqqında qərar qəbul olunub.

 

FOTO>>>