XƏBƏRLƏR
23:08, 11.07.2013
“Integrated DNA Technology” şirkətinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə təmsilçisi Dr.Irakli Tskhakaia 11 İyul tarixində AMEA Genetik Ehtiyatlar İnstitutunda olmuşdur

Reaktiv istehsalı üzrə molekulyar genetika və biotexnologiya sahəsində dünyanın ən tanınmış istehsalçılarından olan “Integrated DNA Technology” şirkətinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə təmsilçisi Dr.İrakli Tskhakaia 11 İyul tarixində AMEA Genetik Ehtiyatlar İnstitutunda şirkətin istehsal etdiyi reaktivlər haqqında geniş seminar vermiş və İnstitutun direktoru k.t.e.d. Zeynal Əkpərovla gələcək əməkdaşlıq müzakirə olunmuşdur. Şirkət praymer satışı üzrə İyul ayından başlayaraq 1 il müddətinə AMEA Genetik Ehtiyatlar İnstitutuna 50% endirim etmişdir. Müzakirələr zamanı gələcəkdə həmin firmanın elan edəcəyi əməkdaşlıq proqramlarında  AMEA Genetik Ehtiyatlar İnstitutunun gənc alimlərinin iştirak etməsi də razılaşdırılmışdır.

 

Foto 

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.genres.az saytına istinad zəruridir.