XƏBƏRLƏR
09:15, 09.07.2013
Genetik Modifikasiya olunmuş Bitkilər üzrə Ekspert şurasının sədri, b.ü.f.d. Mehrac Əli oğlu Abbasov Beynəlxalq Gen Mühəndisliyi və Biotexnologiya Mərkəzi tərəfindən İtaliyanın Triyest şəhərində təşkil olunan “Genetik modifikasiya olunmuş orqanizmlərin idarə olunmasına strateji yanaşma və qərar qəbuletmə” kursunda iştirak etmişdir

2-5 iyul 2013-cü il tarixlərində AMEA Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, Genetik Modifikasiya olunmuş Bitkilər üzrə Ekspert şurasının sədri, b.ü.f.d. Mehrac Əli oğlu Abbasov Beynəlxalq Gen Mühəndisliyi və Biotexnologiya Mərkəzi tərəfindən İtaliyanın Triyest şəhərində təşkil olunan “Genetik modifikasiya olunmuş orqanizmlərin idarə olunmasına strateji yanaşma və qərar qəbuletmə” kursunda iştirak etmişdir. Kursda genetik modifikasiya olunmuş bitki və heyvanlar haqqında geniş məlumat verilmiş, onların istifadəsi zamanı yarana biləcək risklərin qiymətləndirilməsi və biotəhlükəzislik konsepsiyasının hazırlanması qaydaları müzakirə olunmuşdur. Tədbirdə 20-dən çox ölkənin mütəxəssisləri iştirak etmiş, genetik modifikasiya olunmuş orqanizmlərin təyini, biotəhlükəsizliyin təmin olunması üzrə mövcud olan təcrübənin yayılması və təkmilləşdirilməsi məsələləri müzakirə olunmuşdur.

Tədbir zamanı Respublikamızın Beynəlxalq Gen Mühəndisliyi və Biotexnologiya Mərkəzinə üzvülük məsələsi qaldırılmış və onun reallaşdırılması üçün müəyyən görüşlər keçirilmişdir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.genres.az saytına istinad zəruridir.