XƏBƏRLƏR
18:18, 01.07.2013
AMEA Aqrar Elmlər Bölməsinin növbəti ümumi yığıncağı keçirildi

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA Aqrar Elmlər Bölməsinin növbəti ümumi yığıncağı keçirildi.

Aqrar Elmlər Bölməsinin büro üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan bölmənin akademik-katibi, akademik Qərib Məmmədov gündəlikdəki məsələlər barədə məlumat verdi.

Yığıncaqda AMEA Genetik Ehtiyatlar İnstitutunun Bioekologiya laboratoriyasının müdiri Aydın Əsgərovun 65 illik yubileyinin qeyd edilməsi, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar “Elmi-Texniki Şura” nın müvafiq protokolundan GMOB ilə bağlı qəbul edilmiş qərarları əks etdirən çıxarışı və GMOB üzrə Ekspert Şurasının iş planının təsdiq edilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsadət qaldırılması məsələlərinə baxıldı.

Sonda bir sıra kadr məsələlərinə də baxıldı.

Mənbə: http://www.science.gov.az/az/index.php?id=5724