NEWS
16:27, 20.10.2023
Dörd günlük Beynəlxalq seminar başa çatmışdır.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda Bitki müxtəlifliyi üzrə Qlobal Etimad Fondunun (CropTrust) Genbank Əməkdaşlığı üzrə koordinatoru Dr. Janny van Beem tərəfindən keçirilən Beynəlxalq seminar başa çatmışdır.
Qonaq 4 günlük seminar çərçivəsində İnstitutun ən müasir avadanlıqlarla təchiz olunmuş müvafiq laboratoriyaları, eyni zamanda Milli Genbankı ilə tanış olmuş, burada yaradılan şəraiti, genetik ehtiyatların qorunub-saxlanılması və aparılan tədqiqat işlərini yüksək qiymətləndirmişdir. Həmçinin bu müddətdə GEİ ilə CropTrust arasında Əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı ciddi müzakirələr aparılmışdır.