STRUCTUREDepartmentsFruit plants department

../../stream/index.php?cmd=im.thumb&path=%7B0%7D/Mirza.jpg&u=33740Şöbə müdiri:  a.e.ü.f.d.  MİRZƏ KAMAL oğlu MUSAYEV

E-mail: mirza.musayev@yahoo.com

Telefon:  

 

 

 

 

 

 

Musayev Mirzə Kamal oğlu 1967-ci ildə Ağsu şəhərində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını fərqlənmə diplomu ilə bitirmiş (1992), AKTA-nın əyani aspiranturasında təhsil almışdır (1992-1995).

M.Musayev 1995-ci ildənAKTA-nın Meyvəçilik və Subtropik Bitkilər kafedrasında tədqiqatçı aqronom, stajor-müəllim, 2000-ci ildən Azərbaycan EA Genetika və Seleksiya İnstitutunun meyvə giləmeyvə bitkilərinin genofondu laboratoriyasında kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, 2009-cu ildən laboratoriya müdiri və 2016-cı ildən isə “Meyvə bitkiləri” şöbəsinin müdiri vəsifəsində çalışır. Aqrar elmləri üzrə fəlsəfə doktoru (2002), dosentdir (2012).

M.Musayevin tədqiqatlarının əsas istiqaməti respublikamızın müxtəlif bölgələrində mövcud olan meyvə və giləmeyvə (üzüm, çaytikanı, nar, zeytun, incir, armud, heyva, zoğal, qoz, və s.) bitkilərin yerli xalq seleksiya sortları və yabanı formalarının genetik ehtiyatlarının inventarizasiyası, pomoloji-ampeloqrafik təsviri, qiymətləndirilməsi, toplanması və kolleksiyalarının yaradılmasına həsr edilmişdir. İnstitutunüzün genofondunu üzümün 200 sort, 15 klon və 30 forma ilə zənginləşdirmiş, süfrə, kişmişi və texniki üzüm sortlarının ampeloqrafik, təsərrüfat və uvoloji göstəricilərini qiymətləndirmişdir.

İrimeyvəli, bioloji fəal maddələrlə zəngin, bitkiləri məhsuldar, xəstəlik və  zərəvericilərə qarşı nisbətən davamlı olması ilə fərqlənən 10 yeni üzüm və 10 çaytikanı formalarını seçmiş, pomoloji və ampeloqrqafik xüsusiyyətləri təsvir edilmiş, təsərrüfat göstəricilərini qiymətləndilmişdir. Üzümün seleksiya nəticəsində əldə etdiyi yeni, “Əlincə”, “Naxçıvan muskatı” və “Nərgizi” formaları Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi təqdim edilmişdir.

M.Musayev 140 elmi əsərin (85-i xaricdə), o cümlədən 9 kitab (7-i xaricdə) və 1 monoqrafiyanın müəllifi və həmmüəllifidir. Meyvə bitkilərinin seleksiyası ixtisası üzrə magistrlərə dərs deyir.

M.Musayev respublikamızın meyvə bitkilərinin yerli sortları və yabanı formalarının genetik ehtiyatlarının öyrənilməsi ilə bağlı və  ölkəmizin müxtəlif bölgələrini əhatə edən Beynalxalq Elmi Ekspedisiyanın (Azərbaycan-ABŞ, 2007-2012) iştirakçısı və meyvə bitkiləri üzrə eksperti olmuşdur.

M.Musayev Bitki Genetik Ehtiyatları Üzrə Avropa Kooperativ Proqramının (ECPGR)”Vitis” işçi Qrupunun (2003-cü ildən) və “On-farm Conservation” işçi Qrupunun üzvüdür (2010-cu ildən). Üzüm biomüxtəlixfliyinin və adaptasiya əlamətlərinin seleksiyada istifadəsinin tədqiqi üzrə Şərq-Qərb Əməkdaşlığı” FA1003 fəaliyyəti (Elm və Texnologiya sahəsində  Avropa Əməkdaşlığı)  layihəsinin İdarə Komitəsinin üzvü və Azərbaycan təmsilçisi olmuşdur (2011-2014). Rusiya Qeyri Ənənəvi və Nadir Bitkilər Akademiyasının akademiki və Azərbaycan bölməsinin sədridir (2011-ci ildən). FAO-nun “Qlobal olaraq mühüm irs kənd təsərrüfatı sistemleri” Elmi Komitəsinin üzvü və milli məsləhətçisi (2012-2014) və BMT-nin İnkişaf Proqramının İqlim dəyişkənliyi üzrə eksperti olmuşdur (2014)

M.Musayev “Seleskiya və toxumçuluq” – 3103.04  ixtisası üzrə “Azərbaycanda çaytikanı (Hippophae L.) və üzüm (Vitis L.) cinslərinin genetik müxtəlifliyinin qiymətləndirilməsi və seleksiyada istifadəsi” mövzusunda elmlər doktoru dissertasiyası üzərində işləyir.


Əsas fəaliyyət istiqamətləri

- Respublika ərazisində subtropik, giləmeyvə bitkilərin və üzümün on-farm/in-situ şəraitdə  mövcud olan genetik ehtiyatlarının toplanması, kolleksiyalarının zənginləşdirilməsi, təsviri, təsərrüfat göstəricilərinin qiymətləndirilməsi, onlardan seleksiya və ərzaq sahələrində səmərəli istifadə edilməsi;

- Axtarışlar nəticəsində subtropik və giləmeyvə bitkilərinin sort və formalarının respublika ərazisində areallarının təyin edilməsi və toplanması;

- Ekspedisiyalar nəticəsində əldə edilmiş subtropik və giləmeyvə bitkilərinin genetik ehtiyatlarının bərpa edilərək qorunması məqsədilə artıtılması və kolleksiyalara daxil edilməsi;

- Genofond bağlarında olan subtropik və giləmeyvə bitkilərinin mədəni sort və formalarının biomorfoloji xüsusiyyətlərinin öyrənilməsi və qiymətləndirilməsinə həsr edilib.

Əsas elmi nəticələri

- Subtropik və giləmeyvə bitkilərinin yeni genofond kolleksiyaları, o cümlədən üzümün yeni ampeloqrafik kolleksiyası salınmış və zənginləşdirilmişdir. Meyvə-giləmeyvə bitkilərinin mədəni sortları və onların yabanı əcdadlarına aid edilən formalarla birlikdə 5000-dən artıq əkin materialı yetişdirilərək kolleksiyalara daxil edilmişdir. Respublikamızın üzüm kolleksiyasını sənaye əhəmiyyətli üzüm sortları ilə zənginləşdirmək məqsədilə İtaliyadan 6 (Matilde, Michele Palieri, Italia, Malvasia aromatica, Malvasia  rosa, Malvasia fina) və ABŞ-dan isə 2 üzüm (Crimson sedles, Emperor) sortları ilk dəfə olaraq introduksiya edilmişdir.

- Institutumuzun genofond kolleksiyalarında cəmlənmiş subtropik və giləmeyvə bitkilərinin 400-dən artıq sort və formalarının bioloji xüsusiyyətləri və təsərrüfat göstəriciləri müqayisəli şəkildə tədqiq edilərək qiymətləndirilmişdir. Müsbət bioloji-təsərrüfat göstəricilərinə malik sort və formalar müəyyənləşdirilmiş və təsərrüfatlarda istifadə üçün tövsiyə edilmişdir.

- Meyvələrinin iri, bioloji fəal maddələrlə zəngin, bitkilərinin məhsuldar, xəstəlik və zərəvericilərə qarşı nisbətən davamlı olması ilə fərqlənən - 2 incir (Şəlalə və Bolincir) və 3 üzüm (Əlincə, Naxcivan muskati, Nərgizi) perspektiv formaları seçilmiş və Seleksiya Nailiyyətlərinin Sinaği və Mühafizəsi Üzrə Dövlət Komissiyasina təqdim edilmişdir.

- Institutumuzun üzüm kolleksiyalarında becərilən nümunələr barədə pasport məlumatları Avropa  “Vitis” Mərkəzi Məlumat Bazasına  və axtarış katalıquna daxil edilmişdır.

- Son 5 ildə laboratoriya əməkdaşlarının 2 kitabı (“Viticulture and winemaking of Azerbaijan. Azerbaijan: native  varieties of grepvine”. p 85-168) Edited by D.Maghradze et al. “Vitis” Journal of Grapevine Research, JKI-Julius Kühn Institut, Germany, 2012, 485 p.; 2.“The Mediterrian Genetic Code - Grepvine and Olive”. (Centuries-old results of cultivation and diversity of genetic resources of grapes in Azerbaijan p.99-123) Edited be D.Poljuha and B.Sladonya. InTech, Croatia, 2013, 314 p.; 3.“Генетические ресурсы и результаты селекции облепихи в Азербайджане”. М. Мусаев.LAP Lambert Academic Publishing.2013. 50 с.) , 61 məqalə və 67 tezisi cap edilmişdir ki, onlardan 30-u xaricdə, o cümlədən, internetdə (10) dərc edilmişdir. 

 

Şöbədə işçilərin sayı: 23 nəfər.


Aparıcı elmi işçi  - b.ü.f.d. Həsənov Nurəddin Əli oğlu

E-mail:

Telefon:

 

 

 

 

 

 

 

 

 


Aparıcı elmi işçi- b.ü.f.d. Axundova Nailə İsmayıl qızı

E-mail:

Telefon:

 

 

 

 

 

 

 

 

 


Aparıcı elmi işçi- b.ü.f.d. Hacıyeva Aynurə Firdovsi qızı

E-mail:

Telefon:

 

 

 

 

 

 

 



Böyük elmi işçi- b.ü.f.d. Mustafayeva Ziyafət Pirməmməd qızı

E-mail:

Telefon:

 

 

 

 

 

 

 


Böyük elmi işçi- b.ü.f.d. Məmmədov Qorxmaz Məcnun oğlu

E-mail:

Telefon:

 

 

 

 

 

 

 


Böyük elmi işçi- a.ü.f.d. Xıdırova Yevgeniya Sergeyevna qızı

E-mail:

Telefon:

 


Elmi işçi- Əsgərova Rəna Əsgər qızı

E-mail:

Telefon:

 

 

 

 

 

 

 


Elmi işçi- Məmmədova Liliya 

E-mail:

Telefon:

 

 

 

 

 

 

 

 


Elmi işçi- Əliyeva Ayan Əli qızı

E-mail:

Telefon:

 

 

 

 

 

 

 

 


Kiçik elmi işçi- Qasımova Həcərxanım Ağaxalıq qızı

E-mail:

Telefon:

 

 

 

 

 

 

 

 


Kiçik elmi işçi- Hüseynova İlahiyyə Vahid qızı

E-mail:

Telefon:

 

 

 

 

 

 

 


Böyük laborant- Həsənova Arzu Həmzadə qızı

E-mail:

Telefon:

 

 

 

 

 

 

 

 


Böyük laborant- Əlizadə Təranə Salam qızı

E-mail:

Telefon:

 

 

 

 


Böyük laborant- Hüseynzadə Zərxarə Nazir qızı

E-mail:

Telefon:

 

 

 

 

 

 

 


Böyük laborant- Məmmədova Nazimə Səfər qızı

E-mail:

Telefon:

 

 

 

 

 

 

 

 

 

 


Laborant- Zeynalova Minayə Tombul qızı

E-mail:

Telefon:

 

 

 

 

 

 

 

 

 

 


Laborant- Məmmədova Sədaqət Hüseynağa qızı

E-mail:

Telefon:

 

 

 

 

 

 

 

 


Laborant- Heydərov Yadulla İbadulla oğlu

E-mail:

Telefon: