NEWS
10:58, 07.03.2023
Ulu Öndərin 100 illiyi ilə bağlı Qarabağ elmi-tədqiqat bazasında ağacəkmə kompaniyası başa çatdı

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyininin (ETN) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən Qarabağ Elmi-Tədqiqat Bazasının (QETB) əməkdaşları 2023-cü il 03 mart tarixində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan ağacəkmə kompaniyasını həyata keçirib. QETB-nin işğaldan azad olunmuş 1700 ha-dək ərazisinin minalardan təmizlənmiş və istifadəsinə icazə verilmiş 120 ha sahədə mövzu planına uyğun olaraq Heydər Əliyevin 100 illiyi ilə bağlı ərazinin yaşıllaşdırılması, müxtəlif növ 100 ağacın əkilməsi başa çatdırılıb. Azərbaycanın müstəqilliyi, dövlətçiliyin qurulması və möhkəmləndirilməsi uğrunda bütün ömrünü fəda vermiş Ulu Öndər Heydər Əliyevə, dövlət xadimlərinə, ədiblərimizə və ölkə ərazisinin bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizə Allah rəhmət eləsin, ruhları şad olsun!