NEWS
16:36, 23.06.2022
Genetik Ehtiyatlar İnstitutunda magistrantların yay imtahan sessiyası başa çatdı

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda təhsil alan I kurs magistrantların 2021/2022-ci tədris ili üzrə 2022-ci il 03 iyun tarixindən başlayan yay imtahan sessiyası 23 iyun tarixində başa çatmışdır. Biologiya ( “Genetika”, “İnsan genetikası” ) və Aqronomluq ( “Bitkilərin seleksiyası” ) ixtisaslaşma üzrə təhsil alan magistrantlar uyğun olaraq “Hüceyrənin molekulyar biologiyası”, “İrsi xəstəliklərin molekulyar genetik əsasları” və “Bitkilərin mühafizəsi” fənnindən imtahan vermişlər. İmtahan komissiyanın sədri, GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və üzvləri imtahanlarda iştirak etmişlər. Bununla belə, 2022-ci il 23 iyun tarixinədək imtahan sessiyası müddətində aidiyyatı ixtisaslaşma üzrə magistrantlar, həm də “Populyasiya genetikası”, “Molekulyar genetika”, “Sitogenetika”, “Statistik genetika”, “Biotexnologiya və gen mühəndisliyi”, “Xərçəng biologiyası”, “Bitkiçilik” fənnlərindən də imtahan vermişlər. İnstitutun Təhsil şöbəsi tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil olunmuş 2021/2022-ci tədris ili üzrə Yay imtahan sessiyası uğurla başa çatmışdır.