NEWS
15:38, 13.01.2022
AMEA Genetik Ehtiyatlar İnstitutunun magistraturasında növbəti imtahan keçirildi.

“AMEA-nın magistrantları üçün qış imtahan sessiyasının keçirilməsi haqqında” 21 dekabr 2021-ci il tarixli sərəncamına əsasən Genetik Ehtiyatlar İnstitutunun Təhsil şöbəsinin təşkil etdiyi Azərbaycan bölməsinin “Biologiya” (Genetika-505.13-20; İnsan genetikası-505.11-20 ) və “Aqronomluq” (Bitkilərin seleksiyası 702.3-20 və 702.1-20) ixtisasları üzrə 2-ci kurs magistrantların “Genomiks”, “Meyvə bitkilərinin seleksiyası” və “Tərəvəz bitkilərinin xəstəlikləri və zərərvericiləri” fənnlərindən 13 yanvar 2022-ci il tarixdə karantin qaydalarına əməl olunmaqla əyani olaqraq imtahanlar keçirildi. İmtahan komissiyasının sədri, GEİ-nin icraçı direktoru, b.ü.f.d. Mehrac Abbasov ilk növbədə magistrantlara imtahanlarını uğurla başa vurmalarını arzuladı. Təhsil şöbəsinin müdiri, b.ü.f.d. Vüsalə İzzətullayevanın rəhbərliyi ilə ciddi nəzarət şəraitində tələbələr onlara ayrılmış müddətdə imtahan biletlərinin suallarını yazılı olaraq cavablandırdılar. İmtahan müddətində Karantin qaydalarına əməl olundu. AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin Magistratura sektorunun müdiri, fizika üzrə fəlsəfə doktoru Qafil Dəmirov imtahan prosesində iştirak etmişdir.