NEWS
09:49, 25.11.2021
AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Elmi şurasında Karantin qaydalarına əməl olunmaqla təsdiq edilmiş Qrqfikə uyğun olaraq 23 noyabr 2021-ci il tarixdə Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları və Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbələrinin cari il üzrə hesabatlarının müzakirəsi keçirildi

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları və Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbələrinin cari il üzrə hesabatlarının Elmi Şurada müzakirəsi 2021-ci 23 noyabr tarixində həyata keçirildi. Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları şöbəsinin müdiri, b.ü.f.d. Ayaz Məmmədov cari ildə görülmüş işləri tərtib olunmuş xüsusi slaydlarla tədbir iştirakçılarının nəzərinə çatdırdı. İddiaçı mövzu planının üç iş üzrə hər bir mərhələsinə uyğun olaraq aparılmış tədqiqatlarla bağlı tərtib olunmuş xüsusi slaydlarla hesabat verdi. Təqdimatdan sonra mövzunun yerinə yetirilməsi ilə bağlı dinləyicilərin verdiyi suallar cavablandırıldı. Professor Ramiz Əliyev təqdimatı yüksək qiymətləndirməklə yanaşı, həm də şöbənin gələcəkdə molekulyar səviyyədə, əsasən də tut ipəkqurdu və quşlarda molekulyar səviyyədə genetik tədqiqatların aparılmasına üstünlük verilməsinin nəzərə alınmasını tövsiyə etdi. Şuranın sədri Zeynal Əkpərov kənd təsərrüfatı nazirliyinin Baytarlıq elmi tədqiqat institutu və Genetik ehtiyatlar institutu arasında bağlanmış müqaviləyə uyğun olaraq tut ipəkqurdunun qeyri-ənənəvi yemlərinin müəyyənləşdirilməsi istiqamətində aparılmış birgə tədqiqatın nəticəsinə əsasən hələ ki, elmi praktik baxımından müsbət həllinə nail olunmamasına baxmayaraq, bu sahədə tədqiqatların yeni müstəvidə aparılmasının məqsədəuyğun olduğunu bildirdi. Hesabat yekdilliklə qəbul olundu. Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, b.ü.f.d. Vəli Qarayev şöbənin cari ildə Beynəlxaq əlaqələr, İnstitutun elmi və elmi ictimai fəailiyyətinin populyarlaşdırılması və İnstitutun internet şəbəkəsi infrastrukturunun təkmilləşdirilməsi müstəvisində görülən işlərin nəticələrini xüsusi formada tərtib olunmuş slaydlarla tədbir iştirakçılarının nəzərinə çatdırdı. Təqdimatın sonunda Ekobotanika və sistematika şöbəsinin müdiri, b.e.d. Aydın Əsgərovun və b.e.d. Aybəniz Əliyevanın, b.ü.f.d. Mehrac Abbasovun sualları iddiaçı tərəfindən cavablandırıldı. Beynəlxalq müqavilələrlə bağlı və institutun internet sisteminin normal işləməsində fasiləlilik hallarının tez-tez baş verməsi, şöbənin perspektif fəaliyyətləri haqqında suallarını cavablandırarkən V.Qarayev bildirdi ki, əsaslı və operativ tədbirlər nəticəsində qısa müddətdə, heç də institutun fəaliyyətindən asılı olmayaraq internet şəbəkəsində mövcud olan nöqsanlar tezliklə aradan qaldırılacaqdır. Bunun üçün institutda mühüm zəmin yaradılmışdır. Bu ilk nöbədə AMEA-nın müvafiq sərəcamlarına əsasən institutda əsaslı olaraq struktur və dəyişikliyin aparılması, yeni təchizat şöbəsinin yaradılması, bəzi laboratoriya və ya şöbələrin birləşdirilməsi, nəinki elmi tədqiqatların səmərəli aparılmasına və onların nəticələrinin istehsalata tətbiqinə, habelə pullu xidmətdən kifayət həcmdə xüsusi vəsaitin toplanması nəticəsində institutun maddi texniki bazasının güclənməsinə, təsərrüfat işlərinin lazımi səviyyədə görülməsinə öz təsirini göstərəcəkdir. Bu işlərin həyada keçirilməsi üçün rəhbərlik tərəfindən nəzarətin daha operativ və davamlı həyata keçirilməsi məqsədilə Aparatında edilimiş struktur dəyişilliyi, Baş direktor, icraçı direktor və baş menecer ştat vahidlərinin yaradılması çox təqdirə layiqdir. İddiaçı öz çıxışında fürsətdən istifadə edib, yaxın son vaxtlarda institutun yeni ştat vahidləri vəzifələrinə təyin olunmuş şəxsləri, Zeynal Əkpərovu Baş direktor vəzifəsinə, Mehrac Abbasovu icraçı direktor vəzifəsinə, Vilayət Musayevi təchizat şöbəsinin müdiri, Rafail Mahmudovu rəhbərliyin Aparatında baş menecer vəzifəsinə təsdiq olunmaları, institutun elmi potensialının güclənməsinə öz töhfələrini verərək elmlər doktoru dərəcərinə yiyələndiklərinə görə biologiya üzrə fəlsəfə doktorları Hamlet Sadıqovu və Mehrac Abbasovu institutun ictimaiyyəti adından təbrik elədi və onlara can sağlığı şəraitdə fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı. AMEA-nın müxbir üzvü, Şuranın sədri Z.Əkpərov da öz növbəsində institutun ictimai həyatında fəaliyyətinə və AMEA Biologiya və Tibb Elmləri Bölməsinin işində fəal iştirakına və bu səbəbdən Bölmənin Fəxri Fərmanı ilə təltif olunmağına görə Vəli Qarayevi bir daha təbrik etdi. Sonda hesabatın qəbul olunması haqqında şura üzvlərinin müsbət yekdil rəyini dəstəklədiyini bəyan elədi. İnstitutda hesabatların müzakirəsi davam edir.