NEWS
13:49, 07.11.2020
AMEA Genetik Ehtiyatlar İnstitutunuin gənc alim və mütəxəssisləri "Əsgərə məktub" aksiyasına qoşulmuşlar

AMEA Genetik Ehtiyatlar İnstitutunuin bir qrup gənc alim və mütəxəssisləri ön cəbhədə torpaqlarımızın erməni işğalından azad olunması uğrunda savaşan qəhraman əsgərlərimizə mənəvi dəstək olmaq məqsədilə məktublar yazmışlar. Onlar öz məktublarında Müqəddəs Vətən müharibəsində mübarizə aparan əsgərlərimizin yanında olduqlarını, onların əldə etdikləri uğurlara ürəkdən sevindiklərini və əsgərlərimizlə fəxr etdiklərini bildirmişlər.

Həmçinin, əməkdaşlarımız "Əsgərə məktub" aksiyasını onlayn (http://veten-ugrunda.az/haqqimizda/679-sgr-online-mktub-yaz.html) forma da davam etdirilir. 

 

Yaşasın Azərbaycan ordusu!

Qaraqbağ bizimdir, Qarabağ Azərbaycandır!

 

PHOTO>>>