NEWS
12:15, 08.10.2020
AMEA Genetik Ehtiyatlar İnstitutunun kollektivi Azərbaycan Respublikasının Silahlı Qüvvələrin Yardım Fonduna ianə ediblər

Qarabağ Azərbaycandır!

 

Hər bir Azərbaycan vətəndanşı torpaqlarımızın işğaldan azad olunduğu günü səbirsizliklə gözləyirdi və buna inanırdı.

2020-ci ilin sentyabr ayının 27-dən Azərbaycanın rəşadətli ordusu ermənilərin hücumunun qarşısını almaqla, əks hücuma keçərək işğal altında olan torpaqlarımızın azad edilməsi geniş miqyaslı hərbi əməliyyatlara başlamışdır.

  Dövlətimiz tərəfindən Azərbaycan Ordusu maddi-texniki baxımdan tam təchiz olunsa da, ürəyi səngərdəki əsgərlərlə döyünən hər kəs öz vətəndaşlıq mövqeyini bildirərək, torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan və mülki əhalinin təhlükəsizliyini qoruyan şanlı Ordumuza öz maddi və mənəvi dəstəyini göstərir.  

Genetik Ehtiyatlar İnstitutunun bir çox əməkdaşının ailə üzvləri və yaxın qohumları könüllü olaraq ordu sıralarına qatılaraq bu müqəddəs amal uğrunda mübarizəyə qoşulmuşlar.

İsntitutun kollektivi özünə mənəvi borc bilərək Ermənistanın hərbi təcavüzünün qarşısının alınması, işğal altında olan torpaqlarımızın azad edilməsi və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi uğrunda mübarizə aparan müzəffər ordumuza dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna könüllü olaraq 8300 manat məbləğində vəsait köçürmüşdür.

 

 

Biz birlikdə güclüyük!