11:50, 03.06.2026
Genetik Ehtiyatlar İnstitutunda fəlsəfə doktoru hazırlığı proqramı üzrə ixtisas imtahanı keçirilmişdir
AR ETN Genetik Ehtiyatlar İnstitutunda 02 iyun 2026-cı il tarixində fəlsəfə doktoru hazırlığı proqramı üzrə ixtisas imtahanı təşkil olunmuşdur.
2026–2027-ci tədris ilinin yay sessiyası çərçivəsində keçirilən imtahanda “Genetika” ixtisas fənni üzrə 2 nəfər iddiaçı iştirak etmişdir. İddiaçılar ayrılmış vaxt ərzində təqdim olunmuş imtahan suallarını cavablandıraraq imtahanı müvəffəqiyyətlə başa vurmuşlar.