10:29, 18.05.2026
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları Molekulyar Biologiya İnstitutunda keçirilən “Dayanıqlı urban sistemləri: ekologiya, texnologiyalar və sağlamlıq vektorları” mövzusunda elmi sessiyada iştirak ediblər
14 may 2026-ci il tarixində AR Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutunda “Şəhərsalma və Memarlıq İli”nə və Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına həsr olunmuş “Dayanıqlı urban sistemləri: ekologiya, texnologiyalar və sağlamlıq vektorları” mövzusunda elmi sessiya keçirilib.Tədbirdə, Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları, AMEA-nın müxbir üzvləri Zeynal Əkpərov, Saleh Məhərrəmov və İlham Şahmuradov iştirak ediblər.
Tədbir Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, AMEA və Molekulyar Biologiya İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.
Sessiyanı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya İnstitutunun direktoru vəzifəsini icra edən akademik İradə Hüseynova şəhərlərin inkişafında ekoloji təhlükəsizlik, biomüxtəlifliyin qorunması, yaşıl enerji və insan sağlamlığı məsələlərinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Elmi sessiyada Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, AR ETN Genetik Ehtiyatlar İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov, Molekulyar Biologiya İnstitutunun laboratoriya müdiri, biologiya elmləri doktoru Yaşar Feyziyev, institutun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Vəfa Həsənova, aparıcı elmi işçi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rasim Aslanov və elmi işçi Mətanət Baxışova məruzələrlə çıxış ediblər.
Çıxış edənlər urban inkişaf prosesində ekoloji tarazlığın qorunması, biomüxtəlifliyin davamlı idarə olunması, yaşıl texnologiyaların tətbiqi və insan sağlamlığının qorunması istiqamətində multidissiplinar elmi yanaşmaların vacibliyini vurğulayıblar.