NEWS
10:24, 24.12.2025
Genetik Ehtiyatlar İnstitutunda dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda keçirilən birləşmiş şöbələrin seminarında Abaszadə Zümrüd Əmirqulu qızının təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi olmuşdur.
İddiaçı biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq məqsədilə “İnsanın arterial hipertenziya ilə əlaqəli bəzi genlərində tək nukleotid polimorfizminin tədqiqi” mövzusu ilə çıxış etmişdir.
Seminar üzvlərinin rəyləri dinlənildikdən sonra, tədbir iştirakçılarının sualları iddiaçı tərəfindən cavablandırılmışdır. Tədqiqat işi mütəxəssislər tərəfindən müsbət qiymətləndirilmiş və növbəti mərhələdə müzakirə olunması məqsədəuyğun hesab olunmuşdur.