NEWS
16:18, 11.09.2025
Genetik Ehtiyatlar İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilmişdir.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda 11 sentyabr 2025-ci il tarixində “Genetika” (2409.01) ixtisası üzrə doktoranturaya qəbul imtahanı keçirilmişdir. AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun sədrliyi ilə yaradılmış komissiyanın rəhbərlik etdiyi imtahanda 7 nəfər iştirak etmişdir. İddiaçılar onlara verilən sualları cavablandırmış və komissiya üzvlərinin ümumi rəyi nəzərə alınmaqla yüksək qiymətlə qiymətləndirilmişlər.