NEWS
15:02, 04.07.2025
Qarabağda seleksiya sahələrində taxıl biçini yekunlaşmışdır

AR ETN Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasında seleksiya sahələrində aparılan taxıl biçini uğurla başa çatdırılmışdır. Biçin zamanı yüksək məhsuldarlıq əldə olunmuşdur ki, bu da institutun elmi-praktik fəaliyyətinin səmərəli nəticəsidir. Hazırda sahələrdə toxumluq materialların təmizlənməsi və çeşidlənməsi işləri davam etdirilir. Bu proses toxumçuluğun tələblərinə uyğun qaydada həyata keçirilir və keyfiyyətli toxum fondunun formalaşdırılmasına xidmət edir. Görülən tədbirlər bölgədə kənd təsərrüfatı potensialının artırılmasına və dayanıqlı istehsalın təmin olunmasına mühüm töhfə verir.