NEWS
18:00, 21.06.2025
Genetik Ehtiyatlar İnstitutunun direktoru akademik Siddiqə Məmmədovanın yubiley tədbirində iştirak etmişdir
AR ETN Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Zeynal Əkpərov 05-06 mart 2025-ci il tarixlərində Gəncə şəhərində yerləşən Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda akademik Siddiqə Məmmədovanın anadan olmasının 100 illiyinə həsr edilmiş tədbirdə iştirak etmişdir.
Z.Əkpərov çıxış edərək akademik Siddiqə Məmmədovanın görkəmli alim kimi elmi fəaliyyətindən, birgə elmi əməkdaşlıq əlaqələrindən, həyata keçirilən layihələrdən danışnış, onun çox prinsipial, olduqca tələbkar və həm də çox qayğıkeş insan olduğu barədə xatirələrini bölüşmüşdür.
Bundan əlavə Azərbaycan əsilli alim Mirzə Gökgölə həsr olunmuş II Simpoziumun Gəncə şəhərində keçirilməsilə əlaqədar təşkilatı məsələlər barədə AMEA-nın Gəncə Bölməsinin akademik-katibi akademik Fuad Əliyevlə, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, dosent Zəfər Qurbanovla, Az KTN-nın Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovla görüşmüş, fikir mübadiləsi aparılmış, tədbirin yüksək səviyyədə keçirilməsi haqqında ümumi razılığa gəlinmişdir.