NEWS
14:25, 07.05.2025
Genetik Ehtiyatlar İnstitutunda seminar keçirilmişdir
AR ETN Genetik Ehtiyatlar İnstitutunun Meyvə bitkiləri şöbəsinin müdiri Musayev Mirzə Kamal oğlunun biologiya elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi dissertasiya işinin ED 1.37 Dissertasiya Şurasının elmi seminarında müzakirəsi keçirilmişdir.
O, “Genetika” ixtisası üzrə “Azərbaycanda üzüm (Vitis L.) və çaytikanı (Hippophae L.) cinslərinin genetik müxtəlifliyinin qiymətləndirilməsi və seleksiyada istifadəsi” mövzusunda dissertasiya işini seminar iştirakçılarının nəzərinə çatdırmışdır.
Seminar üzvlərinin rəyləri dinləndikdən sonra, tədbir iştirakçılarının sualları iddiaçı tərəfindən cavablandırılmışdır. Tədqiqat işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) tələblərinə tam cavab verdiyindən, elmi seminar üzvləri tərəfindən müsbət qiymətləndirilmiş və əsas müdafiəyə buraxılması tövsiyə edilmişdir.