
13:50, 06.05.2025
Qarabağ Elmi Tədqiqat Bazasında dənli-paxlalı bitkilərin ikinci vegetasiya suvarması uğurla başa çatdırılmışdır
AR ETN Genetik Ehtiyatlar İnsitutunun Qarabağ Elmi Tədqiqat Bazasının əkin sahələrində 5 may 2025-ci il tarixində dənli-paxlalı bitkilərin – noxud, mərci, lərgə və at paxlasının ikinci vegetasiya suvarması uğurla həyata keçirilmişdir. Suvarma tədbiri bitkilərin sağlam inkişafını və məhsuldarlığını təmin etmək məqsədilə vaxtında və elmi əsaslarla təşkil olunmuşdur.
Hazırda sahələrdə bitkilərin vegetativ inkişafı müşahidə olunur və proses mütəxəssislər tərəfindən daimi nəzarətdə saxlanılır.